<!-- IMAGE -->“Endeavor”
adlı ABŞ fəza gəmisinin kosmonavtları Yer kürəsinə qayıtmağa hazırlaşırlar,
lakin buludlu havalar onların Beynəlxalq Fəza Stansiyasından qaytımasını yubada
bilər. Əgər hava icazə verərsə, altı
nəfərlik ekipaj yerli vaxtla saat 10:20-də Floridada Kennedi Fəza Mərkəzində
yerə enəcək. Lakin leysan yağışları “Endeavor”-un
ekipajını bir neçə saat sonra əvəzində Kaliforniyada yerə enməyə məcbur edə
bilər. Kosmonavtlar Beynəlxalq Fəza
Stansiyasında keçirdikləri iki həftə ərzində stansiyanı genişləndiriblər. Yeni baxış platforması stnasiyadan kosmosa
360 dərəcəlik müşahidə imkanları verir.