Demokrat namizədlər kampaniyalarını davam etdirir - 2004-01-25

Nyu Hempşir ştatında ilkin seçkiyə iki gün qalmış 7 Demokrat namizəd ştatda prezident seçki kampaniyasıını davam etdirir. Son rəy sorğuları senator Con Kerrinin qətiyyətlə irəlilədiyini göstərir. “Qallop” rəy sorğusuna əsasən, senator Kerri səslərin 35 fazini alaraq, Vermont ştatının keçmiş qubernatoru Hovard Dindən 12 faiz irəlidə olacaq. Sorğu habelə, istefada olan general Vesli Klark, Şimali Karolina ştatından senator Con Edvards və Konnektikut ştatından senator Co Liberman aralarında az fərqlə üçüncü yerə çıxa bilərlər. Nyu Hempşirdə qələbə çalan namizəd növbəti sınaq yeri olan Cənubi Karolina ştatında böyük dəstək alacaq.