ABŞ-da işsizlik təzminatına müraciət edənlərin sayı azalır

  • Amerikanın səsi

ABŞ-da işsizlik təzminatına müraciət edənlərin sayı azalır

ABŞ-da işsizlik təzminatına müraciət edənlərin sayı son iki il ərzində ən aşağı səviyyəsinə enib. Əmək Departamentinin hesabatında deyilir ki, təzminat müraciətləri 34000 azalaraq, 388000 təşkil edir.

Bu göstərici iş marketlərində vəziyyətin düzəlməsinə işarədir. Lakin bəzi iqtisadçıların fikrincə, iş yerlərinin ixtisarı hələ də yüksək olaraq qalır.