Reks Tillerson Səudiyyə Ərəbistanına səfər edir

ABŞ dövlət katibi Reks Tillerson çərşənbə günü Səudiyyə Əərbistanının Ciddə şəhərinə yola düşür. O, aylardır İran Körfəzi ölkələrinin Qətərə tətbiq etdiyi blokadaya həll yolu tapmağa yardım etməyə çalışır.

Çərşənbə axşamı Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani ilə birlikdə müxbirlər önündə çıxış edən Tillerson Birləşmiş Ştatlar və Qətərin terrorizmlə mübarizə sahəsində anlaşmaya dair memorandum imzaladığını elan edib. .

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Misir və digərləri Qətəri regionda terrorizmi dəstəkləməkdə ittiham edərək, Doha ilə diplomatik əlaqələri kəsib və quru, su və havadan blokada edib.

Səudiyyənin başçılığı ilə Ərəb ölkələrindən ibarət qrup sanksiyaların qaldırılması müqabilində Qətərə13 tələb irəli sürüb.

Qətər danışıqlar aparıb, razılıq əldə etməyə niyyəlti olduğunu bildirsə də, suverenliyindən imtina etməyəcəyini deyib.

Birləşmiş Ştatlar bu münaqişənin ABŞ-ın hərbi və anti-terror əməliyyatlarına mane olacağından və İranın regiondakı nüfuzunun artmasına səbəb olacağından narahatdır.