Kabildə 8 tonluq bomba zərərsizləşdirilib

Əfqanıstanın Milli Təhlükəsizlik İdarəsi paytaxtın böyük hissəsini məhv edə biləcək həcmdə içərisinə bomba doldurulmuş yük maşınının zərərsizləşdirildiyini bildirir.

İdarənin açıqladığı məlumatda deyilir ki, 8 tonluq bomba həftənin əvvəlində Kabildə keçirilən gecə reydi zamanı aşkar edilib.

Reyd zamanı baş verən qarşıdurmada 5 nəfər militant şübhəlisinin öldürüldüyü, 2 nəfərin isə yaxalandığı bildirilir. Ələ keçirilən bombanın sxeminin Pakistandakı Haqqani şəbəkəsi tərəfindən hazırlandığı deyilir.

Agentliyin sözçüsü Şəfiqulla Tahiri deyir ki, əgər həmin bomba partlasaydı 1500 metr radiusda hər şeyi məhv edəcəkdi.