Taliban komandirinin evində 5 uşaq həlak olub

Əfqanıstanın şərq bölgəsində Taliban komadirinin evində baş verən bomba partlayışı 5 uşağın və bir qadının ölümünə səbəb olub.

Rəsmilər Abdulla kimi tanınan Taliban komadirinin qohumları ilə birlikdə hazırladıqları yolkənarı bombaları evində saxladığını deyib.


3 və 7 yaşlar arasında uşaqlar evdəki bombalarla oynayarkən partlayış baş verib.
Associated Press ölənlərin Abdullanın qardaşının uşaqları və bacısı olduğunu bildirib.