Əfqan ordusunun uniformasını geymiş şəxs koalisiya qüvvələrinin beş əsgərini yaralayıb

Əfqanıstanda NATO rəsmiləri əfqan ordusunun uniformasını geynmiş şəxsin Kabil yaxınlığındakı hərbi bazada atəş açaraq koalisiya qüvvələrinin beş əsgərini yaraladığını bildirib.

Hücum çərşənbə axşamı günü Vardak vilayətinin Sied Abad rayonunda baş verib.

Əfqanıstan hərbi qüvvələrinin sözcüsü atəş açan şəxsin ərazidən qaçmağa nail ola bildiyini deyib.

İnsident bu il NATO qoşunnlarına qarşı əfqan əsgərlərinin hücumunun sayını 19-a çatdır. Hücumlar nəticəsində 23 NATO əsgəri həlak olub.

Koalisiya əsgərlərinə qarşı hücumların artması 2014-cü ildə NATO-nun Əfqanıstanda təhlükəsizliyə nəzarətin əfqan qüvvələrinə təhvil verilməsi planı ilə bağlı suallar yaradır.