Cənubi Afrikada qızıl mədəninin işçiləri tətil elan edib

Cənubi Afrikanın Yohanesburq şəhəri yaxınlığındakı mədən sənayesinin 15000 işçisi tətil elan edib.

Gold Field Limited nümayədələri bazar günü başlanmış tətilin KDC Qərb qızıl mədənində işlərin dayanmasına səbəb olduğunu deyib. Şirkət tətilin səbəbinin qeyri-müəyyən olduğunu bildirib. Müdiriyyət tətilə son qoymaq üçün nümayişdə iştirak edən işçilər və bir neçə həmkarlar ittifaqının nümayəndələri ilə danışıqlar aparır.

Ötən ay Marikanadakı platin mədənində polis nümayiş keçirən 34 işçiyə atəş açıb. Hadisə Cənubi Afrikada mədənlərdə daha da çox tətillərə səbəb olub. Bir həftə davam edən və 12000 işçinin iştirak etdiyi tətillər cümə günü başa çatıb.