Almaniyada koalisiya təşkil edildi

Almaniyanın Sosial Demokrat Partiyası Angela Merkelin mühafizəkar bloku ilə koalisiya yaratmaq üçün səsvermə keçirib. Beləliklə yeni hökumətin təşkili yolundakı maneə aradan qaldırılmış olur və Merkelin 4-cü dəfə kansler seçilməsinə imkan yaranır.

Qərar Almaniya siyasətində 6 aydır davam edən qeyri-müəyyənliyə də son qoyub. Ölkə tarixində müharibədən sonra ilk dəfə idi ki, hökumət yox idi.

Mərkəz-solçu sosial demokratlar gələn 4 il üçün koalisya yaradılmasına dair ciddi debatlar keçirib. Sonda partiyanın 464 minlik üzvlərinin 3/2-si koalisiyaya müsbət səs verib.

Onlar koalisiyanın nəzarəti üçün 3 qadın və 3 kişidən ibarət nazirlər kabinetini müəyyən edəcək.

Gələn həftə parlamentin Angela Merkeli yenidən kansler seçəcəyi gözlənilir.