ABŞ-ın viza qanunlarında dəyişiklik etməsi xarici vətəndaşların Amerikaya səyahətini asanlaşdırıb

ABŞ-ın viza qanunlarında dəyişiklik etməsi xarici vətəndaşların Amerikaya səyahətini asanlaşdırıb.

ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, cari il ərzində bir milyona yaxın viza müraciəti prosesdən keçib. Bu göstərici ötən illə müqayisədə 43 faiz artıb.Viza müsahibələrinin müddətinin qısaldılması da prosesi asanlaşdırıb. Məsələn çinlinin müsahibəyə çağırılması əvvəllər 60 gün tələb edirdi. Hazırda isə bu, bir həftə ərzində həll edilir.

Dövlət Departamentinin viza şəbəsinin əməkdaşı Ullyam Bentin Amerikanın səsinə bildirdiyinə görə, ştat və ofislərin genişləndirilməsi viza almaq prosesini yüngülləşdirib.

Əgər əvvəllər birillik viza müddəti başa çatdıqdan sonra yenidən vizaya müracət edilirdisə, hazırda bu müddət 4 ilə qaldırılıb.

Viza prosesinin yüngülləşdirilməsi Braziliya və Meksikadan Amerikaya gələnlərin sayını artırıb.

Obama administrasiyası ABŞ-a səyayətləri artırmaqla iqtisadi inkişafa yardım etməyə çalışır.

Orta hesabla 6200 dollar təşkil edən səyahətə ən çox pul sərf edən çinlilərdir.