Amerikanın 1 nömrəli çimərliyi - Sarasota

Your browser doesn’t support HTML5

Bir Cənub Şəhəri - Sarasota

Florida ştatı deyəndə çoxlarının gözünün qarşısına Mayami çimərlikləri gəlir. Amma biz sizə Sarasota şəhəri və buradakı çimərliklər haqda danışmaq istəyirik. Belə ki, xaricdən nisbətən az turistlərin gəldiyi Sarasota çımərlikləri Mayamidən heç də geri qalmır.

Florida Beynəlxalq Araşdırmalar laboratoriyasının direktoru Stefan Lezermenin apardığı tədqiqata görə Siesta çimərliyi Amerikada 1 nömrəli çimərlikdir.

Sarasota Florida ştatının cənub-qərbində yerləşir. Palma ağacları, şəffaf suyu və ağ qumu ilə zəngin şəhərin çimərlikləri adamı valeh edir.