Ankaradakı partlayış qurbanlarının sayı artıb

  • Amerikanın səsi

Ankaradakı partlayış qurbanlarının sayı artıb

Türkiyə mətbuatı bildirir ki, ötən ay paytaxt Ankarada maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində yaralanmış bir nəfər bu gün xəstəxanada aldığı yaralardan keçinib. Beləliklə ölənlərin sayı dördə çatıb. Kürdüstan Azadlıq Şahinləri adlanan yaraqlı qrup sentyabr ayının 22-də əlavə 15 nəfəri yaralayan partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. PKK-nın bir qolu hesab edilən Azadlıq Şahinləri Türkiyə şəhərlərinə daha da çox hücumlar edəcəkləri ilə hədələyiblər. Hücum məktəb və hökumət binalari yaxınlığında həyata keçirilib, və ətrafdaki maşınları və mağazaları zədələyib.