Arizona ştatında Məhəmməd peyğəmbərin karikatura müsabiqəsi qeyri-adi yolla keçiriləcək

Bu gün bir qrup (bayker) motosikletçi əllərində Məhəmməd peyğəmbərin karikaturaları ilə ABŞ-ın Arizona ştatındakı Müsəlman İcması Mərkəzinin qarşısına toplaşmağı planlaşdırır.

Yürüş təşkilatçıları deyirlər ki, belə bir addım bu ayın əvvəlində Texas ştatında İslam peyğəmbərinin karikaturalarının müsabiqəsi zamanı iki silahlının açdığı atəşə cavab olaraq atılır.

O zaman qısa sürən atışmadan sonra hücumçüların hər ikisi öldürülüb, bir polis işçisi yaralanıb.

Bu gün öldürülən hücumçulardan birinin ibadət etdiyi Finekx məscidi qarşısına da yürüş tşəkil ediləcək.

Yürüş təşkilatçısı Con Ritzaymer Facebook səhifəsində bugünkü yürüşü "Round 2!!!!!!!!" adlandırıb. Hərbi Dəniz Donanmasının sabiq əsgəri yürüşün dinc şəraitində keçəcəyini, lakin hər etimala qarşı aksiya iştirakçılarının özləri ilə silah da aparacaqlarını yazıb.