Cəbhədə monitorinq keçiriləcək

Monitorinq

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 20-də Xocavənd rayonunun Kuropatkino kəndi (Bakıdan 360 kilometr qərb) yaxınlığında qoşunların təmas xəttində monitorinq keçiriləcək.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçirəcək.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçirəcək.