Avropa İttifaqı İnsan Hüquqları və Demokratiya üzrə strateji çərçivə qəbul edir

Xarici İşlər Şurası bu gün İnsan Hüquqları və Demokratiya üzrə Strateji Çərçivə, onun həyata keçirilməsi üçün fəaliyyət planı qəbul etmişdir. İlk dəfədir ki, Avropa İttifaqının belə mühüm siyasi sahədə birgə Strateji Çərçivəsi, onun icrası üçün geniş çeşidli tədbirlər planı vardır.

"İnsan hüquqları məsələsi mənim əsas prioritetlərimdən biri olub, xarici əlaqələr istiqamətində gördüyümüz bütün işlərdən keçən əsas məsələdir. Bu hərtərəfli paketlə biz Aİ-nın insan hüquqları siyasətinin səmərəliliyini və onun tanınmasını artırmaq istəyirik. Çərçivəni və fəaliyyət planını həyata keçirmək üçün Aİ-nın İnsan Hüquqları üzrə Xüsusi Nümayəndəsinin təyin olunmasını təklif etmişəm. Onun tezliklə təyin ediləcəyinə ümid edirəm", Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndə/ Avropa Komissiyasının vitse-prezidenti Katerin Aşton paket qəbul edildikdən sonra deyib.
Avropa İttifaqının Bakı ofisinin məlumatında deyilir ki,
çərçivədə növbəti on ildə ümumiyyətlə Aİ-nın siyasətinin səmərəliliyini və onun daimiliyini artırmağa xidmət edəcək prinsiplər, məqsəd və prioritetlər müəyyən edilir. Həqiqətən də onlar kollektiv cəhdlərin göstərilməsi üçün razılaşdırılmış təməl təmin edir və Aİ-na üzv dövlətləri, eləcə də Aİ qurumlarını cəlb edir. Strateji çərçivədə vətəndaş cəmiyyəti ilə əsl tərəfdaşlığın aparılması istiqamətində öhdəlik götürülür. Çərçivə elə şəkildə hazırlanıb ki, mümkün dərəcədə aydın olsun, yəni bütün vətəndaşlar onu anlaya bilsin.
Strateji Çərçivənin aşağıdakı əsas ismarışları vardır:
- Aİ Siyasətində insan hüquqları məsələsi;
- Insan hüquqlarının universallığının təşviq edilməsi;
- Əlaqədar məqsədlərin izlənməsi;
- Aİ-nın bütün xarici siyasətlərində insan hüquqları məsələsi;
- Aİ-nın insan hüquqları üzrə prioritetlərinin icrası;
- Ikitərəfli tərəfdaşlarla işin aparılması;
- Çoxtərəfli qurumlar vasitəsilə işin aparılması;
- Aİ ilə birgə işin aparılması.
Strateji çərçivə "İnsan hüquqları və demokratiya Aİ-nın xarici fəaliyyətinin təməlidir – daha səmərəli yanaşmaya doğru" adlı Birgə Bəyanata əsaslanır. Bəyanat Katerin Aştonun təklifi ilə qəbul edilib.