Avtobusda qaz balonu partlayışı 40-dan çox insanın ölümünə səbəb olub

Zimbabve polisinin bildirdiyinə görə, cümə axşamı gecə saatlarında 40-dan çox insan avtobus qəzasında həlak olub.

Avtobus tamamilə yanıb. Hadisə nəticəsində əksəriyyəti ağır yanıqlar almaqla, ümumilikdə təxminən 20 nəfər xəsarət alıb.

Dövlətə məxsus Herald qəzeti məlumat verib ki, avtobus sərnişininə məxsus qaz balonunun partlayaraq avtobusun içərisində yanğına səbəb olduğu ehtimal edilir.

Qəza Zimbabvenin paytaxtı Hararedən cənubdakı Qvanda rayonunda baş verib.