Bakı sakinləri seçkilərə qarışıq reaksiya verir

  • Amerikanın səsi

Bakı sakinləri seçkilərə qarışıq reaksiya verir

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının seçkilərdə qələbəsi ona ölkəni daha sıx nəzarət altında idarə etmək imkanı verir.

Azərbaycan vətəndaşları bazar günü keçirilmiş parlament seçkilərinin rəsmi nəticələrinin açıqlanmasını gözlədiyi bir vaxt Bakının küçələrində insanlar seçkilərə qarışıq reaksiya göstərir.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının seçkilərdə qələbəsi ona ölkəni daha sıx nəzarət altında idarə etmək imkanı verir. Son rəsmi nəticələrin elan edilməsindən öncə bəzi insanlar dəyişiklik istədiklərini deyirlər.

Bakı sakini Həsən Guliyev. “Mən parlamentind tərkibi ilə razı deyiləm, ona görə də bu parlamentdən müsbət heç bir şey gözləmirəm.”-deyə o bildirir.

Lakin Marina Məhərrəmova kimi başqa vətəndaşlar nikbinliklərini ifadə edirlər. “Mən qlobal dəyişikliklərin baş verməsini istəyirəm, azından bizi cəmiyyətimizdə. Mən dəyişiklik istəyirəm və bunun baş verəcəyinə inanıram.”

Bakı sakini Kamil Gözəlov bununla razılaşır. “Çox böyük ümidlər bəsləyirik. Keçən illərdə olduğu kimi bu il də millətin qayğısına qalan deputatlar seçilər və dövlətimiz gözəl inkişaf edər.”-deyə o bildirir.

Müxalifət partiyaları seçkilərin saxtalaşdırıldığını bildirir.

8,3 milyon əhalisi olan Azərbaycan enerji tranziti və ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələri üçün təchizat yolu kimi strateji əhəmiyyət daşıyır.