Azərbaycanın eks-prezidentinin oğlu vəfat edib

Azərbaycanın eks-prezidentinin oğlu vəfat edib

Ayaz Mütəllibovun oğlu Azad Mütəllibov 49 yaşında vəfat edib. O, onkoloji xəstəlikdən əziyyət çəkib.

Azərbaycanın ilk prezidenti, Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri Ayaz Mütəllibovun oğlu Azad Mütəllibov 49 yaşında vəfat edib.

ASDP-nin digər həmsədri Araz Əlizadə bildirib ki, mərhum onkoloji xəstəlikdən əziyyət çəkib. Yas mərasimi avqustun 9-da Təzə Pir məscidində keçiriləcək. Dəfn həmin gün Yasamal qəbiristanlığında olacaq.

Ayaz Mütəllibov 1992-ci ildən Rusiyada məcburi mühacirətdədir. Azərbaycan hakimiyyəti onu 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıya daxil olmasında və Xocalı soyqırımı zamanı mülki əhaliyə kömək göndərməməkdə ittiham edir. Ona qarşı cinayət işi qaldırılıb və indiyədək bağlanmayıb.

Yerli medianın məlumatına görə, rəsmi Bakı Ayaz Mütəllibovun və xanımının dəfn mərasimi ilə əlaqədar Bakıya gəlməsinə icazə verib. O, 1992-ci ildən indiyədək Bakıya gələ bilməyib. Belə ki, A.Mütəllibov bir neçə il əvvəl öz atasının dəfninə iştirak edə bilməyib.