Azərbaycanda duluşçuluq sənəti

Your browser doesn’t support HTML5

Dulusçuluq gilin xüsusi formaya salınması və xüsusi bişirilməsi ilə bağlı peşədir. Dulusçuluq Azərbaycanda sənətkarlıq istehsalının ən qədim sahələrindən olub və bu günə qədər öz əhəmiyyətini saxlayır. 4 ildir Azərbaycanda yaşayan Nazar Amonov dulusçuluqla məşğuldur. O, bu peşəni dayısından öyrənib. Nazar Amonov deyir ki, bir əl işi üçün bir neçə saat, bəzən isə bir neçə gün tələb olunur. Nazar Amonovun sözlərinə görə, Azərbaycanda dulusçuluğa böyük maraq var. İnsanlar həm onun əl işlərini alırlar, həm də özləri bu peşəni öyrənmək istəyirlər. Əsasən də uşaqların diqqətini cəlb edir. Gillə işləmək həm də insanı sakitləşdirir, gərginliyi aradan qaldırır.