Bakıda məcburi köçkünlərin yaşadığı binada yanğın olub

Aprelin 10-da Bakıda Babək prospektində məcburi köçkünlərin yaşadığı binada baş verən yanğın nəticəsində 5 nəfər zərər çəkib.

Səhiyyə Nazirliyindən bildiriblər ki, yanğın zamanı 45 yaşında bir kişi qorxaraq özünü binanın 3-cü mərtəbəsindən aşağı atıb. Həmin şəxs təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Nazirlik bildirib ki, 7 nəfərə yerində yardım göstərilib.

“Onlardan 3-ü kişi, 3-ü qadın və 1-i uşaqdır. Həkimlər onların hamısına yerində yardım göstəriblər”.

Xatırladaq ki, Bakıda məcburi köçkünlərin yaşadığı binalarda vaxtaşırı yanğınlar baş verir. Bu yaxınlarda Nərimanov rayonunda baş verən yanğında ər-arvad ölüb, 13 nəfər xəsarət alıb. Bundan öncə Yasamal rayonunda məcburi köçkünlərin yaşadığı yataqxanalardan birində yanğın baş verib.