2013-ün ən yaxşı fotoları

MV Akademik Shokalskiy Antarktika buzlarında ilişib qalıb.  Qar çovğunları Avstraliya buzqıran gəmisinin 74 nəfərlik ekipajı olan rus gəmisinə çatmasını əngəlləyib. 29 dekabr, 2013.

Kanadanın Toronto şəhərində buz yapon qayınağacının yarpaqlarını örtüb. 22 dekabr, 2013.

Cənubi Afikanın sabiq prezidenti Nelson Mandela son mənzilə yola salınır.  15 dekabr, 2013.

Anti-hökumət nümayişçisi Tailand əsgərinə qızılgül verir.  28 noyabr, 2013.

Filippində sakinlər Haiyan tayfununun sahilə çıxardığı gəmiyə baxırlar.  21 noyabr, 2013.

İndoneziyanın Karo bölgəsində Sinabunq dağı vulkan püskürür.  18 noyabr, 2013.

ABŞ-ın İllinois ştatında baş vermiş tornadonun nəticələri.  17 noyabr, 2013.

Braziliyalı Karlos Burle mərkəzi Portuqaliyada dalğa üzərində gedir.  28 oktyabr, 2013.

Pakistanın Lahor şəhərində kişi şoudan qabaq meymunun üzünü qırxır. 7 oktyabr, 2013.

Suriyada hava zərbələrinin qurbanı hospitalı tərk edir.  İdlib, 22 sentyabr, 2013.

Keniyanın Nairobi şəhərində ticarət mərkəzinə hücumda uşaq polislərə tərəf qaçır. 21 sentyabr, 2013.

Maltada Müqəddəs Yulian bayramında kişi yağlanmış boru üzərində qaçır. 25 avqust, 2013.

Roma Papası Fransis Braziliyanın Rio de Janeyro şəhərində Kopakabanka çimərliyində ekranlarda göstərilir.  26 iyul, 2013.

Britaniya şahzadəsi Vilyam və xanımı Katerin yenicə doğulmuş övladları ilə birgə mərkəzi Londondakı xəstəxananı tərk edirlər. 23 iyul, 2013.

BMT Baş Katibi Ban Ki Mun Malala Yusafzayı ad günü münasibətilə təbrik edir.  12 iyun, 2013.

Fransanın Strasburq şəhərindəki məsciddə Ramazan ayının ilk günündə namaz vaxtı. 

İspaniyanın Pamplona şəhərində San Fermin Festivalının iştirakçıları öküzlərdən qaçırlar. 7 iyul, 2013.

Yunanıstandakı Poseydon məbədi yaxınlığında super Ay görüntüsü. 23 iyun, 2013.

ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə görüşdə.  Şimali İrlandiya, 17 iyun, 2013.

Türk polisi Taksim meydanında nümayişə çıxmış adamlara qarşı bibər qazından istifadə edir.  28 may, 2013.

Yaponiyada Sensoji məbədində Ağlağan Uşaq sumo güləş yarışı.  29 aprel, 2013.

Brtianiyanın sabiq baş naziri Marqaret Tetçer "Dəmir Ledi" dəfn olunur. London, 17 aprel, 2013.

Çində pələng parkında bala meymun, aslan və pələng bir yerdə oynayırlar. 1 may, 2013.

Dəməşq mərkəzində hakim Bəs Partiyasının qərargahının önü - partlayışdan dərhal sonra.  21 fevral, 2013.

Fransız əsgər şimali Malidə sərnişinləri yoxlayır. 14 fevral, 2013.

Qahirənin Təhrir meydanında nümayişçilərə qarşı iğtişaş polisi bibər qazından istifadə edir.  24 yanvar, 2013.