Britaniya Avropa İttifaqına üzvlük şərtlərini nəzərdən keçirməyi planlaşdırır

Britaniyanın baş naziri Devid Kameron partiyası növbəti seçkilərdə qalib gəlsə, ölkəsinin Avropa İttifaqına üzvlük şərtlərini bir daha nəzərdən keçirəcəyini və Britaniya xalqını buna səs verməyə çağıracağını planlaşdırdığını bildirib.

Çoxdan gözlənilən çıxışı zamanı cənab Kameron deyib ki, ictimaiyyət arasında Avropa İttifaqı ilə bağlı narazılıq ən yüksək həddə çatıb. Cənab Kameron təşkilatla yeni əlaqələrin vahid bazar prinsipinə əsaslanacağını bildirib. Onun sözlərinə görə, təşkilatda qalıb-qalmamaq, ya da yeni şərtləri qəbul edib-etməmək haqda Britaniya xalqı qərar verməlidir.