CAR prezidenti cəmiyyəti Nelson Mandelaya dəstəyi davam etdirməyə çağırıb

Cənubi Afrika Respublikasının hökuməti deyir ki, sabiq prezident Nelson Mandelanın vəziyyətinin sabit-ağır olaraq qalmasına baxmayaraq, o, müailicəyə cavab verməyə başlayıb.

Bu gün açıqlanan bəyanatda prezident Ceykob Zumanın dünən axşam qısa müddətə cənab Mandelanı ziyarət etdiyi deyilir.

Prezident bildirib ki, Nobel Sülh mükafatı laureatının dərmanlara cavab verməsi onu sevindirir. Prezident habelə cəmiyyəti sabiq liderə dəstəyi davam etdirməyə çağırıb.

Aparteidə son qoyan mübarizəyə rəhbərlik etmiş 94 yaşlı cənab Madela 32 gündür Pretoriya xəstəxanasında müalicə olunur. O, xəstəxanaya ağ ciyət infeksiyası diaqnozu ilə aparılıb.