Çinin Tsilin vilayətindəki quşçuluq fermasında yanğın baş verib

Çinin Tsilin vilayətindəki quşçuluq fermasında yanğın baş verib. Nəticədə 119adam həlak olub. Səhər saat 6-da başlayan yanğının söndürülməsi 6 saat sürüb.

54 adam xəstəxanaya yerləşdirilib.

Tsinxua xəbər agentliyinin bildirdiyinə görə, yanğın baş verərkən fermada 300 nəfər olub.

Darvazalar bağlı olsa da, 100 işçi qaçmağa nail olub. Nə qədər adamın içəridə qaldığı blli deyil. Ölənlərin sayının artacağından ehtiyat edilir.