Çində Honq Konq fəallarına işgəncə verilir

Amnesty International bildirib ki,ötən il yarı-muxtar Honq Konqun böyük hissəsini iflic halına salan nümayişlər zamanı həbs edilən azı iki demokratiya tərəfdarını Çin tərəfindən işgəncəyə məruz qalıb.

Londonda qərargahlanan insan haqlarını müdafiə qrupu bəyanatında bildirib ki, Çətir Hərəkatı adlanan qrupun azı 27 iştirakçısı Çində məhbəsdə saxlanılır.

Amnesty International demokratiya tərəfdarlarından birinə istinadən bildirib ki, o, beş gün davam edən sorğu-sual zamanı işgəncəyə məruz qalıb.

Rəsmi Çin təşkilatın hesabatına münasibət bildirməyib.

Nümayişçilər Honq Konqun icra başçısı Leunq Çanyinqin istefasını və Pekinin 2017-ci ildə keçiriləcək seçkilər üçün namizədlərin keçmişinin araşdırılmasına dair qərarı ləğv etməsini tələb edib.