Çinin sabiq təhlükəsizlik rəhbəri korrupsiya ittihamları ilə üzləşib

.

Çinin dövlət mediası Kommunist partiyasının təqaüddə olan siyasətçi Zou Yanqkanq qarşı qaldırdığı korrupsiya ittihamlarını alqışlayır.

Partiya çərşənbə axşamı Çinin sabiq təhlükəsizlik rəhbəri Zouna qarşı ciddi intizam pozuntusu maddəsi ilə istintaq başlatdığını elan edib.

2012-ci ildə təqaüdə çıxan 71 yaşlı Zou Çinin ən yüksək dövlət strukturu Rəyasət Heyəti Daimi Komitəsinin üzvü olub.

İstintaq ölkədə yüksək vəzifəli şəxslərə qarşı cəzaların tətbiq olunmaması ənənəsində yenilik olub.

Partiyanın nəzarətində olan Global Times məcmuəsində bildirilir ki, bu addım Çin rəhbərliyinin korrupsiyaya qarşı sıfır tolerans göstərdiyini nümayiş etdirir. Həmçinin ictimaiyyətin bu addımı dəstəklədiyini və bütün rəsmilərin qanuna tabe tutulacağı istiqamətində inandırıcı rol oynayacağı deyilir.

Zau iddialar qaldırılan ilk yüksək rütbəli rəsmi deyil. Son zamanar onun ailə üzvlərinin və yaxınlarının hədəf alınması ilə ona qarşıda ittihamlar irəli sürülüəcəyi gözlənilirdi.

Onun yaxın müttəfiqi, sabiq Politbüro üzvü Bo Xilsi keçən il rüşvət, dövlət əmlakının mənimsənilməsi və səlahiyyətlərindən sui-istifadəyə görə ömürlük həbs cəzasına məhkum edilib.