Suriyadan son şəkillər

Azad Suriya Ordusunun döyüşçüsü Dəməşqin Haresta məhəlləsində B-10 qumbaraatanı atmağa hazırlaşır. 7 fevral, 2013.

Amerikaga Atlantika okeanidan Artur nomli to'fon yaqinlashmoqda

Azad Suriya Ordusunun döyüşçüsü Dəməşqin Haresta məhəlləsində gəzişir.  7 fevral, 2013.

Oğlanlar Dəməşqin Ayn Tarma məhəlləsində tonqal ətrafında toplaşıb. 5 fevral, 2013.

Bəşar əl-Əsədə sadiq qüvvələrin bombardmanı nəticəsində Dəraya şəhərində əmələ gələn dağıntılar.  4 fevral, 2013. (Şam Xəbər Şəbəkəsi)

Azad Suriya Ordusunun döyüşçüsü Dərayada müdafiə mövqeyi tutub. 4 fevral, 2013. (Şam Xəbər Şəbəkəsi)

Hökumət qüvvələrinin hücumundan sonra kişi Hələb şəhərində yaralı bacısını aparır.  3 fevral, 2013.

Hələbin Ənsəri məhəlləsində sakinlər cəsədi dəfn etməyə aparırlar. 3 fevral, 2013.

Hələb Media Mərkəzinin təchiz etdiyi fotoda Hələb şəhərinin Ənsəri məhəlləsinin sakinləri hökumət qüvvələrinin hava zərbələri nəticəsində dağıntılar arasında qalan əzizlərini axtarırlar. 3 fevral, 2013