Əfqanıstanda militantlar polis məntəqəsinə hücum edib

Əfqanıstanda militantlar polis məntəqəsinə hücum edib

Rəsmilər deyirlər ki, intiharçı idarə etdiyi yük maşınını polis sərhəd məntəqəsinin giriş darvazasına tərəf sürərək partlatmaqla bir polisin həlak olmasına bais olub

Əfqanıstan rəsmiləri bildirirlər ki, bu gün yaraqlıların Pakistanla həmsərhəd Paktiya vilayətinin Urqun mahalındakı sərhəd polis məntəqəsinə hücumu nəticəsində 4 yaraqlı və bir polis zabiti öldürülüb. Rəsmilər deyirlər ki, intiharçı idarə etdiyi yük maşınını polis sərhəd məntəqəsinin giriş darvazasına tərəf sürərək partlatmaqla bir polisin həlak olmasına bais olub. Bu arada NATO- bildirir ki, Əfqanıstanın cənubunda bomba partlayışı nəticəsində bir koalisiya əsgəri həlak olub.