Bakıda gənclər siyasəti üzrə I Qlobal Forum keçiriləcək

Bakıda gənclər siyasəti üzrə I Qlobal Forum keçiriləcək

Layihənin əsas məqsədi gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsidi

Oktyabrın 28-dən 30-dək Bakıda ilk dəfə 160 ölkədən 700-dən artıq iştirakçının qatılacağı Gənclər siyasəti üzrə I Qlobal Forum gerçəkləşəcək.

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin məlumatına görə Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində gerçəkləşən tədbirdə dünyanın 160 ölkəsindən parlament rəsmilərinin, gənclər siyasətinə məsul şəxslərin, gənclər təşkilatları rəhbərlərinin iştirakı gözlənilir.

Artıq 60-a yaxın ölkənin nazir və nazir müavinləri iştiraklarını təsdiq ediblər.

Layihənin əsas məqsədi gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsi, 2015-ci il üçün yeni addımların atılması, gənclər siyasəti üzrə müxtəlif ölkələrin təcrübə mübadiləsinin aparılmasıdır.

Forumun 5 əsas tərəfdaşı - Avropa Şurası, YUNESKO (UNESCO), BMT-nin Inkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə elçisi və Azərbaycan Hökumətidir.