Haitidə nümayişlər davam edir

Yüzlərlə insan prezident Covenel Moisə “getmək vaxtındır” mesajını çatdırmaq üçün Haitinin paytaxtı Port-Au-Prinsdəki Milli Sarayın qarşısına toplaşıb.

Ölkə boyu hiddət və ümidsizlik içərisində olan minlərlə etirazçının prezident və onun hökumətinə qarşı yürüşü fevral ayının 7-dən bəri davam edir.

Bir həftədir Porto-Prins və Haitinin digər şəhərlərində davam edən etiraz yürüşləri zorakılıqlar və polislə nümayişçilər qarşıdurmalarla müşayiət olunur. Qarşıdurmalar zamanı azı bir nəfərin öldüyü bildirilib.

Nümayişçilər inflyasiya, işsizlik, korrupsiya və hökumətin əhalinin əsas ehtiyaclarına cavab verə bilmədiyinə etiraz etdiklərini deyir. Etirazçılar prezident Mois istefa verməyənə qədər nümayişlərini davam etdirəcəklərinə söz verib.