Demokratların şəxsi məlumatları haker əlinə keçib

ABŞ Demokrat Partiyasının təşkilatçılarının elektron poçt ünvanları, telefon nömrələri, və digər şəxsi məlumatlarını ələ keçirən haker 200-ə yaxın qanunvericinin məlumatını paylaşıb

Özünü Guccifer 2.0 adlandıran haker 195 sabiq və hazırkı Konqres nümayəndələrinin təmas məlumatlarını yayıb.

ABŞ-ın prezident seçkilərini fars adlandıran haker yazır ki, Demokratların Milli Komitəsinin qanun pozuntuları göstərir ki, qanunvericilər demokratların qurultayında Hillari Klintona biganə olmayıb. O deyib ki, hər şey pərdə arxasında baş verir.

“Sözün qısası, DMK-nin bəzi sənədlərini sizə təqdim edirəm. Onlardan istifadə edin-deyə haker yazır.

Saytda qanunvericilərin şəxsi mobil telefonlarının nömrələri, cədvəlləri və onların mətbuat katiblərinin adı yerləşdirilib.

Haker bu məlumatın əldə edilməsinin mürəkkəb olmadığını bildirib.

Şəxsi məlumatların açıqlanması zərərli olmasa da, qanunvericilər şəxsi yazışmaların da ələ keçiriləcəyindən narahatdır.

Açıqlanan məlumatda nümayəndələrin birinin iyanə etdiyi 200 min dollarlıq çekinin qaytarıldığı da bildirilir. Həmin nümayəndə seçki iyənələrinin 2 700 dollardan artıq olmamasından xəbərdar olmadığını deyib.

Demokrat Partiyasının rəsmiləri Rusiyanı məlumatları ələ keçirməkdə günahlandıraraq, rəsmi Moskvanın ABŞ-ın prezident seçkilərinə təsir göstərmək cəhdində günahlandırır.