Çak Heygel: ABŞ xarici münaqişələrə müdaxilə etməmək üçün özünü təcrid etməməlidir

ABŞ-ın Müdafiə naziri Çek Heygel deyib ki, Birləşmiş Ştatların dünyada münaqişələrə müdaxilə etməmək üçün özünü təcrid etməsi səhv olardı.

ABŞ-ın başçılığı İraq və Əfqanıstanda 13 il sürən müharibələrdən sonra Çikaqoda xarici siyasət forumunda danışan Çak Heygel amerikalıların xarici ölkələrdə hərbi münaqişələrə cəlb olunmaq məsələsinə skeptik yanaşdığını bildirib.

Lakin o, Amerikanın qlobal məsuliyyətlərinə ağır yük, ya da xeyriyyə kimi baxmağın da yanlış olduğunu əlavə edib.

Müdafiə nazirinin sözlərinə görə, tarix göstərir ki, özünə qapanmaqla dünyanın problemlərindən qaçmaq mümkün deyil.

Çak Heygel deyib ki, müdaxilə etməməklə ölkə sonradan başqalarının şərtləri ilə daha baha başa gələn çətin problemləri həll etməyə məcbur olur.

O bildirib ki, terrorçular və üsyançılar yox olub getmir və bu da Birləşmiş Ştatların xüsusi təyinatlı qüvvələrə xərcləri artırmasının əsas səbəblərindən biridir.