Hormon çatışmazlığı uşaqların böyüməsinə mane olur

Your browser doesn’t support HTML5

Adətən uşaqların boyu 4-yaşdan 10 yaşadək hər il 5 sm. uzanır. Lakin bir ailə oğullarının boyunun lldən-ilə artmadığını və eyni ölçülü paltarların ona olduğunu görəndə nəyinsə tərs getdiyini anlayıb.

11 yaşlı Spenser Beyman beysbol həvəskarıdır. “Mənim məqsədim kollecin beysbol komandasında oynamaqdır.”

Lakin bir problem var idi. Spenser öz komadasının ən balaca boylu oyunçusudur. “Mən də digər uşaqlar kimi hündür olmaq istəyirəm.”

Əslində Spenserin valideynləri bir problemin olduğundan şübhələnirdi. Spenserin anası Stefani Beyman: “Bu, qışın sona çatdığı, baharın gəldiyi bir vaxt idi. O, beysbol ayaqqabılarını çıxarıb geyinəndə, ayaqqabılar onun ayağına oldu. Lakin olmamalı idi, onun ayağı böyüməli idi.”

Spenserin valideynləri onu Missuri universitetinin Pediatric-Endekrinologiya şöbəsinin müfiri, doktor Bert Baçraçın yanına aparır. Müxtəlif testlərdən sonra doktor Baçraç Spenserdə böyümə qabiliyyətinə mane olan hormon çatışmazlığı aşkar edir. “Böyümə hormonunun çatışmazlığı yalnız uşaqların boy atrmasına deyil, onların əzələlərində və piy qatlarında zəifləməyə səbəb olur, orqanizmdəki xolesterola təsir edir" - deyə, doktor Bert Baçraç bildirir.

Böyümə hormonunun çatışmazlığı beynində yerləşən kiçik, noxud ölçülü bir vəzlə bağlıdır. Bu vəz böyümə hormonları ifraz edir.

Spenserə artıq iki ildir hər gün hormon iynələri vurulur və o, təxminən 15 sm-ə qədər boy atıb. Onun beysbol papaqlarının üzərindəki yazılar xatırlatma mahiyyəti daşıyır. “Buradakı hərflərin mənası budur: Ürəyin genişliyi boyla ölçülmür” - deyir Spenser.

Spenser isə böyük ürəyə malikdir.