"Hunter Killer" filmi

Your browser doesn’t support HTML5

XX əsrin əvvəllərindən bəri o dövrün tarixini əks etdirən sualtı qayıqlar janrındakı filmlər populyar olub. II Dünya Müharibəsi Almaniyanın German "Das Boot” filmi də daxil edilməklə, sualtı qayıqlardan bəhs edən bir sıra filmlərin ərsəyə gəlməsinə səbəb oldu. Tom Klansi 1990-cı illərdə çəkdiyi “Qırmızı oktyabr ovu”, və "Crimson Tide" filmlərində Soyuq Müharibə dövründə hər iki tərəfin maraqlı və təhlükəli sualtı nüvə qayıqlarından danışır. Rejissor Donovan Marş bu yaxınlarda çəkdiyi "Hunter Killer" filmində XXI əsrin sualtı gəmilərindən danışır.

Arktika Dairəsinin buz bağlamış səthi altınadkı dərinliklərdə Amerika və Rusiya sualtı gəmiləri müharibə şəraitindədir. Rusiya prezidentinin özününkülər tərəfindən oğurlanmasından sonra ölkənin müdafiə naziri bunda Birləşmiş Ştatları günahlandırmağa hazırlaşır. Pentaqon yoxa çıxan Rusiya prezidentini xilas etmək və III Dünya müharibəsinin qarşısını almaq məqsədilə aktyor Cerard Batlerin oynadığı sualtı gəmi kapitanı Co Qlasa xüsusi tapşırıq verir.

Amerikanın Səsinə verdiyi müsahibəsində Batler bu çoxqatlı trillerin sualtı qayıqların müharibəsi haqda real təsəvvür yaratdığını bildirir. “Mən, filmin ssenarisinin əsaslandığı “Atəş nöqtəsi” kitabının müəllifi olan komandirlə görüşmək üçün Pearl Harbor-dan USS Hyuston sualtı qayığına getdim.”

Aktyor “Hunter Killer” sualtı qayığının döyüş manevrləri və hərbi personalın istifadə etdiyi dil də daxil edilməklə, ABŞ Hərbi Dəniz Qüvvələri və Müdafiə Nazirliyinin filmin texniki hissələrinin təsvir edilməsinə böyük rol oynadıqlarını deyir. "Onlar bizə yardım üçün texniki komanda və mühəndis heyəti verdi.”

Filmin çəkiliş qrupu ekipajla birlikdə üç gün suyun altında olub və qapalı yerdə real təlimləri çəkib. “Çox yerdən su axır və bu güclü təzyiqlə müşayiət olunur. Sən buzlu suda həmin yerləri təmir etməlisən. Su dolmağa başlayır və sən bunu suyun altında etməlisən. Dəhşətli vəziyyətdir” deyə, Cerard Batler bildirir.

Bundan sonra adamın suya düşməsi kimi simulyasiya təlimləri keçirilir. 8 min tonluq sualtı nüvə gəmisi suda olan insanı donub olməzdən öncə dalğalı sularda fırlanaraq və manevrlər edərək xilas etməlidir. Aktyor deyir ki, sudakı canlı insan deyildi, qarğıdalı doldurulmuş torba idi. “Onlar qarğıdalı torbasını suya tullayır və sən 4 dəqiqə ərzində həmin torbanı xilas etməlisən.”

Filmin rejissoru Marş Donovan deyir ki, çəkilişlər sualtı qayığa bənzəyən və hərəkət edən nəhəng bir hidroloji platforma düzəldilmişdi. “35 tonluq və 50 nəfərin yerləşdiyi bir yer. O hərəkət edir və titrəyir. Yəni əladır.”

Texniki detalları bir tərəfə, baş aktyor deyir ki, “Hunter Killer” tamaşaçını özünə xüsusi təyinatlı SEAL hərbi komandasının Rusiya prezidentini rus torpağında xilas etməsi və Pentaqondakı əməliyyat otağında cərəyan edən gərgin anlarla cəlb edir