MSK İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb

Azərbaycan prezidenti İlham Əliyev

Fevralın 27-də Mərkəzi Seçki Komissiyası (MSK) dövlət başçısı İlham Əliyevin 11 aprel növbədənkənar prezident seçkilərində namizədliyini qeydə alıb.

İlham Əliyevə dəstək üçün 45 min seçici imzası təqdim edilib. 42 min imza yoxlanıldıqdan sonra onların həqiqiliyi tanınıb və digərlərinin yoxlanmasına gərək qalmayıb.

MSK üzvləri İlham Əliyevin prezidentliyə namizədliyinin qeydə alınmasına səs veriblər.

İlham Əliyev dövlət başçısı postuna 15 iddialı arasında rəsmi namizəd kimi qeydiyyata alınan ilk şəxsdir.

Aparıcı müxalifət qüvvələri seçkiləri boykot edirlər.