ABŞ iqtisadiyyatındakı artım gözləntiləri adlayıb

Economy GDP

ABŞ iqtisadiyyatında 2012-ci ilin son aylarında gözləntilərə zidd olaraq cüzi artım müşahidə edilib.

Ticarət nazirliyinin yaydığı məlumatda deyilir ki, ümumdaxili məhsul istehsalı keçən ilin 4-cü kvartalında orta hesabla 0.1 faiz artıb .

Ümumdaxili məhsul istehsalı ölkənin inşaat sahəsindən proqramçılığa, bərbərlik kimi bütün iqtisadi fəaliyyətlərin göstəricisidir.

Ticarət Nazirliyinin mütəxəssisləri göstəriciləri əldə edilən yeni məlumatlarla müntəzəm şəkildə gözdən keçirib. Rəqəmlər göstərir ki, tikinti və ticarət göstəriciləri təxminlərdən daha güclüdür.

Dövlət Departamentinin məlumatına görə, işsizlik kompensasiyasına müraciət edən amerikalıların sayı ölkə boyu 22000 düşərək ümumilikdə 344000 rəqəm təşkil edib.

İşsizlik kompensasiyası üçün müraciət edənlərin sayı iqtisadi sağlamlığın başlıca göstəricilərindən hesab olunur.