İran güləşçiləri gözlənilmədən ABŞ-ı tərk edib

Wrestling Exhibition

Onlar “Güləş uğrunda dördlük birliyi” adlanan yarışa qatılacaqdılar
Los Ancelesdə şəhərində sabah keçiriləcək yarışda iştirak etməyi planlaşdıran güləş üzrə Iran millisi gözlənilmədən ABŞ-ı tərk edib.

Son 10 il ərzində ilk dəfə idi İran yığması ABŞ-da keçirilən yarışda iştirak etməyə hazırlaşırdı.Onlar ABŞ yığması ilə bazar günü “Güləş uğrunda dördlük birliyi” adlanan yarışda qarşı-qarşıya gələcəkdi.

İranlı güləşçilərdən hadisə ilə bağlı heç bir açıqlama verməyib. Ancaq İranın siyasi təzyiqlərinə məruz qalmmaq üçün yığma üzvlərinin ölkəni tərk etdikləri ehtimal olunur.

Qeyd edək ki, İranda gələn ay prezident seçkiləri keçirməyi planlaşdırır. Dörd il əvvəl seçkilər ölkə boyu kütləvi etiraza səbəb olmuşdu.