İranın xarici işlər naziri Azərbaycana gəlir

Məhəmməd Cavad Zərif

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif fevralın 16-da Azərbaycana rəsmi səfər edəcək.

AzərTAc agentliyinin məlumatına görə, fevralın 18-dək davam edəcək səfər çərçivəsində M.C.Zərifin Azərbaycanda bir sıra yüksək səviyyəli görüşləri nəzərdə tutulub. Görüşlərdə İran ilə Azərbaycanın qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə ediləcək.