ABŞ-da mühacirət qanununun təsdiqinə çalışılır [Video]

Your browser doesn’t support HTML5

Mühacirət islahatlarının tərəfdarları Konqresə təzyiq göstərməklə, 11 milyon sənədsiz mühacirin vətəndaşlıq əldə edilməsinə yol açacaq qanunun tədiqinə çalışacaqlarını bildirir.

Mühacirət islahatlarının tərəfdarları paytaxt Vaşinqtonda yürüş keçirərək, qanunvericiləri hərəkətə keçməyə vadar edir. Lakin Nümayəndələr Palatasının konqresmen Stive Kinq kimi respublikaçı nümayəndələri tələsənə bənzəmir. Bu yaxınlarda Kinq Newsmax TV kanalına müsahibəsi zamanı gənc mühacirləri narkotik qaçaqmalçılığında ittiham etmişdi. “Bir ağıllı adamın yerinə yüzü var ki, sərhəddən marixuana keçirməklə məşğuldur.“

Kinqi tənqid edənlər arasında Nümayəndələr Palatasının respubkilaçı spikeri Con Beyner de var. “Onun dedikləri nə Amerikanı,nə də respublikaçılar partiyasının dəyərlərini əks etdirir. Biz konstruktiv, şəffaflıq və ehtiram yolu ilə işimizi görməliyik.”

Mühacirət debatları Konresin respublikaçı üzvləri arasında parçalanamaya səbəb olub. Xüsusilə də vətəndaşlıqla bağlı.

Karroll Doherti Pyu Araşdırma Mərkəzinin əməkdaşıdır. “Onları ən adi prinsiplər və islahatların istiqaməti çaşdırıb. Onlar həmcins evlilik və ya mühacirətlə bağlı mötədil mövqedədirlərmi?”

Mötədil respublikaçılar islahatların bəzi versiyalarını dəstəkləyir. Bu, respublikaçı strateq Ford OKonnelin fikridir. “Bu, ispandillilər, asiyalılar və digər azlıqlara onlara necə qayğı göstərildiyinə işarədir. Bu o deməkdir ki, nənənizi deportasiya edib, sizə siyasətimizi başa salmağa çalışdığımızda bizi dinləməyəcəyinizi bilirik. ”

Nümayəndələr Palatasının respublikaçı üzvləri layihəni təsdiq etməyəcəklərini deyir. Onlar ilk növbədə ABŞ-ın Meksika ilə sərhədlərinin möhkəmləndirilməsini istəyir.
Nümayəndələr Palatasında inkişaflar müşahidə edilməsə də demokrat lider Nensi Pelosi nikbin görünür. “Mən nikbinəm. Çünki bu, baş tutacaq. Biz bunu uzada bilmərik.”

Nümayəndələr Palatasında mühacirət debatları gələn ay qanunvericilərin tətildən dönməsi ilə yenidən gündəmə çıxacaq.