Benyamin Netanyahu: `BMT-nın Fələstinlilərə Yardım Agentliyinin fəaliyyəti dayandırılmalıdır`

İsrailin baş naziri Benyamin Netanyahu bazar günü nazirlər kabinetinin iclasında BMT-nın fələstinli qaçqınlara yardım agentliyinin problemi daimiləşdirdyini və bağlanmalı olduğunu deyib.

Netanyahu yardım agentliyinin diqqətinin yalnız fələstin qaçqınlarına yetirməsi əvəzinə, həmin maliyyəni BMT-nin qaçqınlar agentliyinə verməli olduğunu deyib.

“Bu, həm də mövcud olan problemi daimiləşdirir və İsrail dövlətinin ləğv edilməsi planının gündəmdə saxlanmasına yardım edir”, Netanyahu bildirib.

Agentliyin verdiyi məlumata görə, 5 milyon qaçqın bu təşkilatdan yardım alır.

Bu insanlar 1948-ci ildə İsrail dövlətinin yaradılması ilə bağlı müharibə zamanı evlərini tərk edən fələstinlilər və onların yeni nəslinin nümayəndələridir. Hazırda İordaniya, Livan, Suriya, İordan Çayının Qərb Sahili və Qəzza Zolağındakı düşərgələrdə 1 milyon yarımdan çox fələstinli qaçqın məskunlaşıb.