İsrail hava hücumu 10 suriyalı əsgərin ölümünə səbəb olub

Fəallar Suriya ərazisində İsrail hava hücumlarının bir gecədə 10 suriyalı əsgərin ölümünə səbəb olduğunu deyib.

Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidə Qrupu bombardmanın iki tank və artileriya mövqeyini yararsız vəziyyətə saldığını xəbər verir.

İsrail rəsmiləri hava hücumlarının Suriyanın regional hərbi qərargahı və hücum mövqelərini hədəf aldığını və bombaların hədəfə dəyməsinin təsdiqləndiyini deyib.

Partlayışlar bazar günü bir israilli yeniyetmənin öldürülməsinə cavab olaraq törədilib.

İsrailin hərbi sözçüsü israilli yeniyetmənin öldürülməsinin bilərəkdən törədilmiş akt olduğunu bildirib və bunu 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlanandan bəri ən kobud sərhəd pozuntusu kimi qiymətləndirib.