40-43 dərəcə isti olacaq

Dənizdə günəş

Azərbaycanda isti hava şəraiti davam edir

Azərbaycanda isti və günəşli havalar davam etməkdədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, avqustun 4-də Bakıda və Abşeron yarımadasında günəşli olacaq. Gündüz cənub-şərq küləyi əsəcək.
Abşeron yarımadasında gecə 24-27, gündüz 33-38, bəzi yerlərdə 40, Bakıda gecə 25-27, gündüz 37-39 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə avqustun 4-də yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.