Keniyada 148 adamı qətlində bir hökumət rəsmisinin oğlu da iştirak edib

Keniyada 148 adamı qətlində bir hökumət rəsmisinin oğlu da iştirak edib.

Daxili İşlər Nazirliyinin sözçüsü bildirib ki, Əbdirahim Abdullahinin Garissa universitetində kamikadze hücumu həyata keçirən 4 nəfərdən biri olub. O, hökumət rəsmisinin daha əvvəl oğlunun itkin düşdüyünü bildirdiyini deyib.

Eyni zamanda keniyalılar Pasxa bayramını öldürülənlərin anılmasına həsr edib. Ölkə boyu mərasimlər ciddi təhlükəsizlik tədbirləri altında keçirilib.

Keniyanın təhlükəsizlik xidmətinin rəhbəri universitetə qarşı hücumu müdafiə edib. Xəbər agentlikləri xüsusi təyinatlı qüvvələrin hadisə yerinə 7 saatdan sonra çatdıqlarını bildirib. Bəzi jurnalistlər onlardan daha tez hadisə yerinə çatıb.

Dünən Keniya prezidenti Uhuru Kenyatta ölkədə birliyə, sülh və sabitliyin qorunub saxlanmasına səsləyib. Televiziya ilə çıxışı zamanı dövlət başçısı 3 günlük matəm elan edib.