Ceyms Klapper istefa verib

ABŞ-ın Milli Təhlükəsizlik idarəsinin direktoru Ceyms Klapper istefa verdiyini bəyan edib. Lakin o, Obama administrasiyasının işini bitirənədək vəzifəsini icra edəcəyini deyib.

İstefasına 64 gün qaldığını vurğulayan Klapper bildirib ki, intefası ilə bağlı məktubunu dünən axşam Konqresin Kəşfiyyat Komitəsinə ünvanlayıb.

Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin təmsilçisi Adam Şiff Reuters-ə bildirib ki, Klapper həmişə ölkənin maraqlarını ön sırada tutaraq, ayıq mühakiməyə malik olub.

Klapper 60 ildən çoxdur ki, ABŞ hökumətinə xidmət edir.

O, ABŞ-ın Milli Təhlükəsizlik idarəsində direktor kimi 2010-cu ildən çalışır.