Kvadriplegiya xəstələri üçün əl ekzoskeletonu [Video]

Your browser doesn’t support HTML5

Президент США Дональд Трамп и Первая леди Мелания Трамп почтили минутой молчания жертв терактов 11 сентября на лужайке у Белого дома, 11 сентября 2019 года (AP Photo / Evan Vucci)

Əsasən qəza, yıxılma və şiddət nəticəsində onurğa beyninin boyun nahiyəsinin zədələnməsinin səbəb olduğu kvadriplegiya (dörd ətrafın iflici) xəstələri bədən üzvlərini idarə etməkdən məhrum edir. Ömürlərinin sonunadək bu insanlar əlil arabasına məhkum edilirlər və hətta çəngəli qaldırmaq kimi sadə funskiyaları yerinə yetirə bilmirlər. Almaniyanın Tubinqen Universitetinin tədqiqatçıları kvadriplegiya xəstələrinin həyatlarını asanlaşıracaq əl ekzoskeleti sınaqdan keçirirlər.

Kvadriplegiya xəstəsi

İtaliyanın Pisa şəhərində yerləşən BioRobotics İnstitutunun alimləri tərəfindən inkişaf etdirilən mexaniki cihazla İspaniyann Guttmann İnstitutundakı bu kvadriplegiya xəstəsi yavaşca fincanı əlinə alıb, dodaqlarına yaxınlaşdıra bilir. Bu hərəkət onun kəllə qapağındakı beş elektrodun qapdığı beynindəki siqnallar tərəfindən idarə olunur.

Kəllənin beyin dalğalarını yadda saxlaması çətindir, çünki mobil telefonlar və mühərriklər kimi elektron cihazların müdaxiləsi siqnalları təhrif edə və zehinə nəzarəti əngəlləyə bilər.

Bunun qarşısını almaq üçün, tədqiqatçılar xəstənin gözndən əalvə siqanlalr alırlar.

“Məsələn, əgər sən əlin qeyri-ixtiyari tərpənirsə, bunu göz hərəkəti ilə dayandıra bilərsən,” deyə baş tədqiqatçı Surco Soekadar bildirir.

Məsələn, əgər sən əlin qeyri-ixtiyari tərpənirsə, bunu göz hərəkəti ilə dayandıra bilərsən.
Surco Soekadar

Diqqətsizlikdən yayınmaq siqnalı gözün kənarına yerləşdirilmiş elketrod tərəfindən qəbul edilir.

Sağ və ya sola baxmaq ekzoskeletonun tutacağını açıb-bağlaması üçün siqnal göndərir. Bu da sistemdən gündəlik həyatda istifadəni daha da etibarlı edir.

“Müdaxiləsiz beyin maşını interfeysi 80-90 faiz etibarlı olur. Bu isə o deməkdir ki, fincanı götürmək istədikdə hər 10 dəfədən 1-də fincanı əlindən salacaqsan. Bu da günlük həyatda istifadə üçün yararlı deyil."

Sınaq zamanı xəstələr fincanda içə, özləri yemək yeyə və hətta sənədləri imzalaya bilib. Daha öncəki bəzi araşdırmalar göstəriri ki, ekzoskeletonlardan gündəlik istifadə hətta hərəki funskiyaların qismən bərpasına gətirib çıxara bilər.

Alimlər deyir ki, beyindəki siqnallları hərəkətlərə çevirən proqram hətta smartfon tərəfindən idfarə oluna bilər. 2-5 il sonra əl ekzosletonu 5 min dollara əldə oluna bilər.