Liviyaya yeni baş nazir seçildi

Bu gün Liviyanın yeni baş naziri parlamentdə gərgin səsvermədən sonra and içərək vəzifəsinə başlayıb.

42 yaşlı iş adamı Əhməd Matiq ilkin səsvermədə lazımi 120 səsdən yalnız 113-nü toplaya bilib.Daha sonra keçirilən səsvermədə 8 səs toplayan Matiq rəqibi Ömər Əl-Hassiyə üstün gəlib.

O, bu ay istefa verən Abdulla Əl-Tanini əvəz edir.

Liviya parlamentində baş nazir seçimi ilə bağlı qarışıqlıq mövcud idi. 2011-ci ildə Müəmmar Qəzzafinin hakimiyyətdən devrilməsindən sonra hökumət təhlükəsizlik problemləri qarşısındadır.