Londonun altında 8 min illik tarixi artefaktlar tapılıb [Video]

Your browser doesn’t support HTML5

Briyaniya paytaxtı Londonun altnda Avropanın ən böyük inşaat layihəsi həyata keçirilir. Bu layihə şəhərin 8 minillik tarixinə maraqlı pəncərə açan bir sıra arxeoloji tapıntıların üstünü açıb.

Londonun altında qazılan tuneldə Hitrou Hava limanını şəhərin şərqi maliyyə rayonu ilə birləşdirən Crossrail dəmiryolu paytaxt şəhərin artan əhalisi ilə yaranan tıxacları azaltmaq məqsədi daşıyır. Amma bu tunel sayəsində Londonun altında şəhərin keçmişi ilə bağlı sirrlər xəzinəsi aşkar edilib.

Crossrail layihəsi bizə Londonun keçmişinə səyahət etməyə imkan yaratdı. Şəhərin altında on minlərlər artefakt (maddi mədəniyyət abidələri) aşkar olunub.
Ceki Keyli

“Crossrail layihəsi bizə Londonun keçmişinə səyahət etməyə imkan yaratdı. Şəhərin altında on minlərlər artefakt (maddi mədəniyyət abidələri) aşkar olunub”, deyə Crossrail arxeoloji sərginin kuratoru Ceki Keyli bildirir.

Ən marqlısı isə eramızdan əvvəl 245-ci ilə, yəni cənubi Britaniya Romalılar tərəfindən idarə olunan zamana aid bu medalyondur.

Ceki Keyli: “Bu, çox güman ki, Romada imperatorun yüksək səviyyəli rəsmiyə verdiyi bir medalyondur”.

Bunlar roma hipposandallar- yəni yük daşıyan heyvanlar üçün düzəldilən metal ayaqqabılardır.

“Bunlar Londonun məşğul küçələrində yük daşıyan öküz və atlar üçün nəzərdə tutulmuşdu,” Keyli deyir.

Bəzi tapıntılar o zamanların dəhşətli adətlərini əks etdirir.

Hazırda Londonun maliyyə mərkəzi sayılan ərazinin altında yüzlərlə kəllə tapılıb. Görəsən onlar edam edilib, daha sonra insanlara nümayiş etdirilib, yoxsa onlar yaxınlıqda yerləşən Roma amfiteatrıda qladiator döyüşlərində məğlub olan insanlardımı?

Liverpul Street stansiyasının altında başı kəsilmiş qadın skeleti də tapılıb.

Ceki Keyli: “Başın ayaqların arasına qoyulması ilə bir mesajın göndərildiyini düşünə bilərik və yaxud bu sadəcə bir dəfn adəti idi.”

Crossrail dəmir yolu bir neçə qəbirstanlıqlardan keçir. Onların çoxu 1348-cı ildə yayılan Qara Ölüm taun (vəba) pandemiyası kimi böyük xəstəlik epidemiyalarının çıxdığı zamanlara aiddir.

Yeraltında Londondakı həyatın daha xoş tərəflərini əks etdirən artefaktlar da tapılıb. Məsələn, onaltıncı əsrə aid mülkədar evinin xəndəyində tapılan bu boulinq topu. Bundan əlavə yüzlərlə ayaqqabı da aşkar olunub. Onların 500-dən çox yaşı var.

“Aşağıda gördüyünüz ən köhnə ayaqqabının uzun, bucaqlı burnu var. Yuxarıdakılar isə VIII Henrinin geyindiyini güman etdiyimiz ayaqqabilar kimidir. Onların burunları genişdir. Yəni londonlular çox dəbdəbəli ayaqqabı geyiniblər,” deyə Keyli bildirir.

Əziyyətli arxeoloji qazıntılara baxmayaraq, Crossrail-in inşası davam edir. İlk qatarların 2018-ci ilin ikinci yarısında sərnişinlərin xidmətinə veriləcəyi gözlənilir.