Bankok şəhərində partlayışla əlaqədar üç nəfər həbs edilib

Malayziya rəsmiləri ötən ay Tailandın Bankok şəhərində baş vermiş partlayışla əlaqədar üç nəfəri həbs edib.

Malayziyanın polis qüvvələrinin rəisi Xalid Əbu-Bəkir Kuala Lumpurda keçirilən mətbuat konfransında hadisə ilə əlaqədar bir pakistanlı və biri qadın olmaqla iki malayziyalının həbs edildiyini bildirib.

Əbu-Bəkir ölkəsinin həbs edilən üç nəfərin Tailanda ekstradisiya edilməsinə dair planın olmadığını bildirib.

O deyib ki, avqustun 17-i Tailandın paytaxtındakı Eravan Məbədində əksəriyyəti çinli turist olmaqla 20 nəfərin həlak olduğu və çox sayda insanın yaralandığı partlayışı təhqiq etmək üçün polis qüvvələri Tailand rəsmiləri ilə birgə işləyir.

Təhqiqatçılar üç şübhəlidən birinin bomba doldurulmuş çantanı digərinə verdiyini etiraf etdiyini bildirib.

İkinci şəxsin partlayışdan bir qədər əvvəl çantanı məbəddə yerə qoyduğu videoya düşüb.