Malaziyanın şərqində musson yağışları davam edir

Malaziyanın şərqində şiddətli yağışlar 13 mindən çox insanın evakuasiya edilməsilə nəticələnmiş daşqınlara səbəb olub.

Bu gün şərqdə, bir neçə ştatda şiddətli musson yağışları evləri və avtomobilləri su altında qoyub. Ərazilərə xilas dəstələri göndərilib.

Rəsmilər ciddi zərər dəymiş ərazilərdə yardım mərkəzləri açıldığını deyib. Vəziyyətin daha da gərginləşəcəyi ehtimal edilir. Şərq sahilində musson yağışlar mövsümü fevral ayınadək davam edəcək.