ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo Brüsseldə səfərdədir

Yeni ABŞ dövlət katibi Mayk Pompeo NATO iclasında iştirak etmək üçün Brüsseldə səfərdədir.

Amerikanın ən yüksək səviyyəli diplomatı olaraq ilk xarici səfərinə başlayan Pompeo gülmüsəsə də, müxbirlərin suallarını cavablandırmayıb.

Pompeo cümə axşamı and içmə mərasimindən bir neçə saat sonra Belçika paytaxtına səfər edib. Orada ittifaqın xarici işlər nazirləri iyulda keçiriləcək lidelrərin görüşünə hazırlıqlar edəcək.

NATO iclasından sonra Pompeo Yaxın Şərqə səfər edəcək. Orada onun Səudiyyə Ərəbistanı, İsrail və İordaniya liderləri ilə danışıqlarında əsas müzakirə mövzusunun İranın nüvə razılığı olacağı gözlənilir.